“Rusiya nüvə dövləti olmasaydı...” - Bəşəriyyət üçün QORXUNC PROQNOZ

“Rusiya nüvə dövləti olmasaydı...” - Bəşəriyyət üçün QORXUNC PROQNOZ
21:18 21 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya nüvə dövləti olmasaydı, Qərb ona qarşı çoxdan müharibəyə başlayardı”.

Publika.az xəbər verir ki, bunu “Sputnik Deutschland” nəşrinə müsahibəsində Almaniya Demokratik Respublikasının kəşfiyyat xidmətinin keçmiş rəhbəri Verner Qrossmann deyib.

Kəşfiyyatın sabiq başçısı yaranmış vəziyyətdə Moskvanın müdafiə siyasətini doğru hesab edir. Onun sözlərinə görə, Rusiya “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” prinsipinə sadiqdir.

“Əgər indi silahlı konflikt başlanarsa, bu, bəşəriyyətin məhvinə gətirib çıxaracaq. Çünki, tərəflərin çoxu nüvə silahını tətbiq edə bilər”, - ekspert bildirib.

Onun sözlərinə görə, Qərb hakimiyyətlərinin hədəfləri və maraqları “soyuq müharibə” vaxtlarından indiyə kimi dəyişməyib.

“Qərb buna görə də Moskva ilə qarşıdurma üzrə əvvəlki kursa qayıdıb. Onların maraqları yenə də Şərqə yönəlib. Əgər Rusiya SSRİ-nin silahlarının, həmçinin nüvə arsenalının varisi olmasaydı, müharibə ehtimal ki, artıq başlanardı”, - Qrossmann əmindir.

O, həmçinin Krımın ilhaqını dəstəkləyib və yarımadanın “qanuni əsaslar”la qaytarıldığını vurğulayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR