Konfederasiyalar Kuboku: Portuqaliya ilk qələbəsini qazandı

Konfederasiyalar Kuboku: Portuqaliya ilk qələbəsini qazandı
21:27 21 İyun 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start verildi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A qrupunda iki görüş baş tutacaq.

Ev sahibi Rusiya turnirin favoritlərindən sayılan Portuqaliya yığması ilə qarşılaşdı. Ruslar yarışın açılış matçında Yeni Zelandiyaya qalib gəldikləri (2:0) halda, Portuqaliya Meksika üzərindəki qələbəni son anda əldən vermişdi (2:2). Şimal qonşularımız qələbə seriyasını davam etdirmək niyyətindədi idi. Öz növbəsində, Kriştianu Ronaldu və komanda yoldaşları da meydana qələbə üçün çıxdılar.
 
Qrupun digər matçında isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gələcək. Şimali amerikalılar əsas rəqiblərinin bir-biri ilə qarşılaşmasından maksimum yararlanmaq niyyətindədi. Bu mənada, Yeni Zelandiya ilə görüşdə Xuan Karlos Osorionun yetirmələrini qələbədən başqa nəticə qane etməyəcək.
 
FİFA Konfederasiyalar Kuboku - 2017
21 iyun
 
A qrupu
Rusiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 9
 
22:00. Meksika - Yeni Zelandiya

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR