Konfederasiyalar kuboku:

FIFA Konfederasiyalar Kubokunda ikinci turun görüşlərinə start verilib.

Metbuat.az-ın məlumatına görə, A qrupunda turnirə ev sahibliyi edən Rusiya və son dünya çempionu Portuqaliya milliləri üz-üzə gəliblər.

Oyunun taleyini bir qol həll edib. Kriştiano Ronaldo səkkizinci dəqiqədə fərqlənib. Qalan dəqiqələr ərzində qapılara başqa qol vurulmayıb. Nəticədə minimal fərqlə qələbə qazanan Portuqaliya yığması A qrupunda 4 xalla liderliyə yüksəlib.

Konfederasiyalar Kuboku

A qrupu, 2-ci tur

Rusiya - Portuqaliya - 0:1

Qol: Ronaldo, 8


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR