"Cavanlar özünü saxlaya bilir, yaşlılar yox" - Mərkəzdə təhlükə saçan körpülər - VİDEO - FOTO

"Cavanlar özünü saxlaya bilir, yaşlılar yox" - Mərkəzdə təhlükə saçan körpülər - VİDEO - FOTO
21:57 21 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki şəhərinin mərkəzindən keçən Qurcana çayının üzərində çoxlu sayda körpülər qurulub. Bu körpülər insanların çayın bir tərəfindən digərinə keçidini asanlaşdırır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, bu körpülərin baxımsız vəziyyətdə qalması təhlükəli vəziyyət yaradıb.

Problem ən çox gecə saatlarında özünü biruzə verir.

Nazim Tağıyev - Sakin: "Axşam vaxtı işıqlar da zəif olur. Həmin o çuxurlara insanların ayağı düşür yıxılır. Yaşlılar var, cavanlar var. Cavanlar özünü saxlaya bilir, yaşlılar saxlaya bilmir".

Digər tərəfdən, çayətrafı bəndlər və piyada keçidlərinin bir hissəsi də yararsız vəziyyətdədir. Bəzi ərazilərdə hasar və ya bəndlərin hündürlüyü standarta uyğun deyil.

İmran Əhmədov - Sürücü: "Körpüdə hasar yoxdu. Xahiş edirik lazımi qurumlar bu işlə məşğul olsunlar. Hasarı bərpa etsinlər. Biz sürücülərin təhlükəsizliyi qorunsun".

Çayın şəhərin mərkəzi hissəsindən keçdiyini nəzərə alsaq ətrafındakı bəndlərin eləcə də körpü hasarlarının mövcud standarta uyğun olması vacibdir. Sırf həmin ərazilərdə çaya aşan maşınlar da təhlükənin ciddiliyindən xəbər verir. Digər tərəfdən, turizm şəhəri üçün mərkəzi hissədən çayın keçməsi nə qədər üstünlükdürsə, bunu dəyərləndirməmək də o qədər mənfi təəssürat yaradır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR