Fransada yeni hökumət formalaşdırılıb

Fransada yeni hökumət formalaşdırılıb
22:07 21 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ İyunun 18-də baş tutan parlament seçkilərinin yekunu üzrə edilən dəyişikliklərdən sonra Fransa hökuməti yeni tərkibdə formalaşdırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, nazirlərin siyahısını çərşənbə günü Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.
Əvvəlcə Nazirlər Kabinetinin istefası texniki xarakter daşıyıb, lakin bir sıra siyasi qalmaqallar üzündən dərhal dörd nazir hökumətin sıralarından getmək məcburiyyətində qalıb və onları digər siyasətçilər əvəzləyib. Xüsusilə, Silahlı Qüvvələr Nazirliyinin rəhbəri Silvi Quların əvəzinə Florans Parli təyin olunub, mərkəzçilərin lideri Fransua Bayrunu isə ədliyyə naziri vəzifəsində Bellube Nikol əvəzləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-yeni-hokumet-formalasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR