Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY - FAYDALARI

Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY - FAYDALARI
22:37 21 İyun 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.

Belə çayın bir çox faydalı xüsusiyyətləri var:
- Sidikqovucu təsirə malikdir - böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.
- Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.
- Qanda şəkərin səviyyəsini aşağı salır.
- Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.
- Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.
- Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.
- Onkoloji xəstəlilərinin inkişafı riskini azaldır.
Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/556310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR