Dövlət Departamenti Ermənistan və Azərbaycanı cəbhədə gərginliyi azaltmağa çağırıb

Dövlət Departamenti Ermənistan və Azərbaycanı cəbhədə gərginliyi azaltmağa çağırıb
22:57 21 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin rəsmi bəyanatında bildirilir.
"Birləşmiş Ştatlar ötən həftə təmas xəttində çoxsaylı qurbanlara səbəb olan atəşkəsin pozulması hallarından dərin narahatçılıq hissi keçirir. Biz tərəfləri Ermənistan və Azərbaycan sərhədində təmas xətti boyunca gərginliyin azaldılması üzrə tədbirlər görməyə və belə hallardan yayınmağa çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dovlet-departamenti-ermenistan-ve-azerbaycani-gerginliyi-azaltmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR