FİFA Poqbanın transferi ilə bağlı araşdırmaya başlayıb

FİFA Poqbanın transferi ilə bağlı araşdırmaya başlayıb
23:37 21 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2016-cı ilin yayında 105 milyon avro qarşılığında "Mançester Yunsyted"ə satılan Pol Poqbanın transferi ilə bağlı araşdırma başladıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum bu transferdə "Yuventus"un qayda pozuntusuna yol verdiyini düşünür. "Qırmızı şeytanlar" isə bu məsələyə qarışdırılmayacaq. Turin klubunun transferdən əldə olunan 105 milyon avrodan 50 milyonu Poqbanın agenti Mino Rayolanın hesabına köçürdüyü güman olunur. FİFA tərəfindən 2015-ci ildə müəyyənləşdirilmiş qaydalara görə transfer zamanı 3-cü şəxsə pul ödəmək qadağan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR