FIFA Konfederasiyalar kubokunda ikinci turun oyunları davam edir.
Metbuat.az-ın məlumatına görə, A qrupunda ikinci tur çərçivəsində daha bir matç oynanılıb. Meksika Yeni Zellandiya ilə qarşılaşıb.
42-ci dəqiədə Okeaniya təmsilçilərinin heyətində Vud fərqlənib. Ancaq Yeni Zellandiya millisi sona qədər hesabı qoruyub saxlaya bilməyib. Meksikanın heyətində əvvəlcə Ximenes status-kvonu bərpa edib. 72-ci dəqiqədə isə Peralta qələbə qoluna imza atıb. Beləliklə, 2:1 hesabı ilə qalib gələn Meksika yığması A qrupunda vurulan qolların çoxluğu hesabına liderliyə yüksəlib.
Konfederasiyalar kuboku
Qrup mərhələsi, 2-ci tur
A qrupu
Meksika - Yeni Zellandiya - 2:1
Qollar: Ximenes, 53, Peralta, 72 - Vud, 42