Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatı davam edir.

Metbuat.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı 1/4 finalda almaniyalı boksçu Silvio Şyerle ilə qarşı-qarşıya gəlib.

Qələbə qazanan boksçumuz yarımfinala yüksəlib. Beləliklə, Kamran Şahsuvarlı minimum bürünc medalı özünə təmin edib.

Bu gün rinqə çıxan digər boksçularımız isə qələbə qazana bilməyiblər.