İŞİD Mosul məscidinin dağılmasında ABŞ-ı ittiham edib

İŞİD Mosul məscidinin dağılmasında ABŞ-ı ittiham edib
02:07 22 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşması İraqın Mosul şəhərinin əsas məscidi olan Ən-Nurinin ABŞ-ın aviazərbəsi nəticəsində dağıldığını bəyan edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Frans Press" məlumat yayıb.
Amerika koalisiyası isə öz növbəsində Mosuldakı məscidin ərazisini bombalamadığını bildirib.
"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqın Mosul şəhərindəki Ən-Nuri məscidi ərazisinə bomba atmayıb", - deyə cümə axşamı koalisiyanın rəsmi nümayəndəsi polkovnik Con Dorrian qeyd edib.
Məscid Mosulun qərb hissəsindəki köhnə şəhərdə yerləşir. 2014-cü ilin iyulunda İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi məsciddə xütbə deyərək beynəlxalq "xilafət"in yaradıldığını bildirib və özünü onun rəhbəri elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-mosul-mescidinin-dagilmasinda-abs-i-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR