Narkotik bitkilər əkib-becərən şəxs tutuldu - Balakəndə

Narkotik bitkilər əkib-becərən şəxs tutuldu - Balakəndə
02:09 22 İyun 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə külli miqdarda narkotik bitkiləri əkib becərən şəxs tutulub.

 

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

 

Tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus  həyətyanı sahədə yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan  qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən ümumi sayı 126 ədəd  narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları  aşkarlanaraq götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib.

 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR