Balakən sakininin həyətində 126 ədəd çətənə kolu aşkar edildi

Balakən sakininin həyətində 126 ədəd çətənə kolu aşkar edildi
02:18 22 İyun 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, əməliyyat zamanı rayonun Qullar kənd sakini, 47 yaşlı Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus həyətyanı sahədə tikilmiş yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilmiş, ümumi sayı 126 ədəd narkotik tərkibli hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb.

Aşkar olunmuş vəsait maddi sübut kimi istintaqa təhvil verilib.

Bayram Əmraliyev narkotik bitkilərə xas olan spesifik iydən yaxınlıqda yaşayan qonşuları yayındırmaq üçün iribuynuzlu mal-qaranın iylənmiş baş və ayaqlarından istifadə edib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR