Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəlib

Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəlib
04:36 22 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib.

Trend-in məlumatına görə, 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.

Belə ki, millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Mateuş Polski (Polşa) ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub.

Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyermiz qalib gələ bilməyib – 0:3.

1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2769370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR