ABŞ-dan Rusiyaya növbəti ittiham

ABŞ-dan Rusiyaya növbəti ittiham
07:04 22 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Daxili təhlükəsizlik nazirliyinin kibertəhlükəsizlik və kommunikasiya bölməsinin rəsmisi Janet Manfra bəyan edib.

 

“Seçki ərəfəsində 21 ştatda seçkilərə aid sistemlərin hücuma məruz qalması ilə bağlı kifayət qədər dəlil-sübutumuz var”, deyə Senatın kəşfiyyat üzrə xüsusi komitəsində çıxış edən J.Manfra bildirib.

 

Ştatların adlarını çəkməyən nazirlik rəsmisi qeyd edib ki, həmin ştatların seçki orqanları  kiberhucumlar barədə məlumatlı olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR