Türkiyənin İzmir vilayəti yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Egey dənizində, ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ İzmir şəhərində və ətraf ərazilərdə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.