Yay Olimpiya Festivalına gedəcək heyət müəyyənləşdi - FOTO

Yay Olimpiya Festivalına gedəcək heyət müəyyənləşdi - FOTO
08:05 22 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi davam edir.

Milli.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın növbəti günündə qrup ötüşməsi üzrə 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib. Bundan başqa, bu yarış gününün nəticəsinə əsasən, iyulun 23-30-da Macarıstanda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilərin də adına aydınlıq gəlib.

Qızlar - 30 km

1. Validə Cabbarova - 01:01:08
2. Ayan Xankişiyeva - 01:01:08
3. Viktoriya Buxenskaya - 01:01:08

Yeniyetmələr (2003-2004) - 30 km

1. Nikita Sitov - 00:58:29
2. Nofəl Nuriyev - 00:59:22
3. Natiq Meydərov - 00:59:23

Yeniyetmələr (2001-2002) - 60 km

1. Osman Qəhrəmanov - 01:33:22
2. Ramazan Əliyev - 01:34:58
3. Qadir Mustafayev - 01:34:58

Beləliklə, 2001-2002-ci il təvəllüdlü oğlanların yarışının yekununa əsasən, Azərbaycan çempionu olmuş Osman Qəhrəmanov Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil etmək imkanı qazanıb. Bunadək Qadir Süleymanov və Nəcəf Bağırov bu hüquqa yiyələnmişdilər. Qızlar arasında isə Validə Cabbarova, Ayan Xankişiyeva və Elfanə Camalova Macarıstanda ölkəmizin idman şərəfini qoruyacaqlar.

İyunun 22-də gənc velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar və bununla da yarışa yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR