ABŞ-da 198 milyon seçicinin məlumatları internetdə yayıldı

ABŞ-da 198 milyon seçicinin məlumatları internetdə yayıldı
08:57 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-da "Deep Root Analytics" şirkəti yanlışlıqla 198 milyon seçicinin şəxsi məlumatlarını internetdə hamı üçün açıq qoyub.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məlumatların açıq qalması barədə "The Hill" yazıb. "Biz bu vəziyyətə görə məsuliyyəti üzərimizə götürürük", - deyə şirkətin açıqlamasında bildirilir. "Deep Root Analytics" şirkəti Respublikaçılar Partiyası Milli Komitəsinin sifarişi ilə seçicilərin tərkibi və baxışlarının təhlili ilə məşğul olub.
 
Məlumatların sızmasını "UpGuard" təhlükəsizlik şirkəti aşkarlayıb. Bundan sonra məlumat bazasına parol qoyulub. Lakin baza 2 həftə açıq qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR