Neft 44 dollaradək ucuzlaşdı

Neft 44 dollaradək ucuzlaşdı
09:27 22 İyun 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,05% artaraq 42,55 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 44,83 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti ötən ilin noyabr ayından etibarən 45 dollardan aşağı enib. ABŞ-da neft hasilatının artması neftin ucuzlaşmasını sürətləndirib. ABŞ-da sutkalıq neft hasilatı 20 min barel artaraq 9,35 mln. barelə çatıb ki, bu da 2015-ci ilin aprel ayında qeydə alınan rekord göstəricinin təkrarlanmasından xəbər verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR