Türkiyənin Taksim bölgəsində baş verən dəhşətli hadisə mediada geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, ərazidə pilləkənlər üzərində huşsuz halda yatan qadın insanların diqqətini çəkib. 24 yaşlı qızın narkotik vasitə istifadə etdiyi bildirlib.
Hadisə şahidləri alnında "enayi" yazılan bir nəfərin gənc qıza narkotik vasitə verib oradan uzaqlaşdığını deyiblər.
Ərazidə axtarış aparan polis əməkdaşları hadisə şahidlərinin təsvir etdiyi, alnında "enayi" yazısı olan E.Adem adlı şəxsi tutub.
Könül Cəfərli