Bu gün Bakının Ağa Nemətulla küçəsində avtomobillər üçün yol bağlı olacaq

Bu gün Bakının Ağa Nemətulla küçəsində avtomobillər üçün yol bağlı olacaq
09:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Bakının Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətləri rənglənəcək.
Bu barədə "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.
"Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri axşam saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edilir", - deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-gun-bakinin-aga-nemetulla-kucesinde-avtomobiller-ucun-yol-bagli-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR