Ötən gecə 3 ev yanıb

Ötən gecə 3 ev yanıb
10:01 22 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən gecə 3 evdə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü yanıb.

Yanğın zamanı 16 ədəd ev quşu yanaraq tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Yardımlı rayonunda olub. Rayonun Köryədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və döşəməsi 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğn hadisəsi isə Sumqayıt şəhərində olub.

Şəhərdə vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 150 kv.m olan 6 otaqdan ibarət köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış tikinti materialları və təsərrüfat malları yanıb. Yanğın zamanı tikilinin bir otağında sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2769424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR