Yol polisləri "07" sürən "avtoş"u döyə-döyə tutdu - VİDEO

Yol polisləri "07" sürən "avtoş"u döyə-döyə tutdu - VİDEO
10:12 22 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Yol polislərinin ən birinci "düşmənləri" sərxoş sürücülər və avtoxuliqanlardır. Çünki hər ikisi qəzalara və vətəndaşların həyatlarını itirməsinə səbəb olur. Avtoxuliqanlara qarşı cəza tədbirləri müxtəlifdir. Pul cəzası, hətta həbs də var. Lakin Moskvada yol polisləri "avtoşa" qarşı fərqli cəza tətbiq ediblər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda "07" sürücüsünü saxlamaq istəyən yol polisi avtomobili təpikləyir. Bir anlıq fürsətdən istifadə edən sürücü "aradan çıxmağa" çalışsa da polislər onu yenidən yaxalayırlar.

Bu dəfə isə  onun avtomobilinin şüşələri sındırılır, özü isə düşürdülərək döyülür. Kadrlardan görünür ki, sürücü rus deyil. Daha çox qafqazlıya bənzəyir. Rus polisinin isə digər millətlərə qarşı hansı mövqedən çıxış etdiyi məlumdur.
Avtosfer.az sözügedən görüntüləri təqdim edir:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yol polisləri

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR