Sevgilimlə o intim anlarımızı çəkib yaymaqda məqsəd nə idi, anlamıram?! Burada nə var ki?!
22 yaşlı saç ustası Merissa Senkur Facebook-dakı səhifəsində belə yazıb. Səbəb isə onun sevgilisi ilə cinsi əlaqədə olduğu anların əks olunduğu videonun sosial şəbəkələrdə yayılmasıdır.
Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərənin Roksburqşir qraflığındakı Houik şəhərində yaşayan Marissa Sonkur sevgilisi ilə Şotlandiyadakı "Kelso Racecourse" ippodromuna, cıdıra yollanmışdı.
Tribunada olarkən pivə içən və sərxoş olan sevgililər aşağı düşüblər, pivə satılan çadırın arxasına yollanaraq orada "sevişiblər".
M.Sonkurun dediyinə görə, videonu rəfiqələrindən birinin çəkdiyini düşünür.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində