Şota Arveladze “Paxtakor” komandasına baş məşqçi təyin olunub

Şota Arveladze “Paxtakor” komandasına baş məşqçi təyin olunub
11:07 22 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Özbəkistanın “Paxtakor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Daşkənd təmsilçisinə gürcüstanlı Şota Arveladze başçılıq edəcək.
İyunun 23-də 44 yaşlı mütəxəssisin və komandanın yeni transferi – xorvatiyalı müdafiəçi Marko Simiçin təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, 11 qat ölkə çempionu olan “Paxtakor” cari mövsümdə 14 turdan sonra 21 xalla 5-ci pillədə qərarlaşıb. Paytaxt klubu bu il artıq ikici dəfədir ki baş məşqçi dəyişikliyinə əl atır. Apreldə Qriqori Kolosovskini Ravşan Haydarov əvəzləyib.
Şota Arveladzenin sonuncu iş yeri isə İsrailin “Makkabi” komandası olub. O, ötən mövsüm Tel-Əviv təmsilçisi ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Lakin komanda "pley-off"a yüksələ bilmədiyi üçün Arveladze bu ilin yanvarında qarşılıqlı razılaşma əsasında postunu tərk edib. Gürcüstanlı mütəxəssis daha əvvəl Türkiyənin “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor” kollektivlərinə rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sota-arveladze-paxtakor-komandasinin-bas-mesqcisi-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR