"Bank VTB (Azerbaijan)"ın filialı gücləndirilmiş iş rejiminə keçir

"Bank VTB (Azerbaijan)"ın filialı gücləndirilmiş iş rejiminə keçir
11:22 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ İyunun 23-25-də Bakıda keçiriləcək “Formula-1" Azərbaycan Qran Prisi yarışı ilə əlaqədar olaraq "Bank VTB (Azerbaijan)" ASC-nin “Gənclik” filialı həftəsonu da işləyəcək. Şənbə və bazar günləri (iyunun 24-25-də) filial saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pulköçürməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.
Gücləndirilmiş iş qrafikinə keçid müştərilərin, o cümlədən Qran Pri avtomobil yarışları zamanı şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin etmək məqsədi ilə nəzərdə tutulub.
“Gənclik” filialı eyniadlı metro stansiyasının çıxışında, Atatürk pr-ti,2 ("Ganjlik Mall" ilə üzbəüz) ünvanında yerləşir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-in-filiali-guclendirilmis-is-rejimine-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR