"Futbolçular ittiham olunur, heç kim Federerdən şübhələnmir"

"Futbolçular ittiham olunur, heç kim Federerdən şübhələnmir"
11:52 22 İyun 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın sabiq prezidenti Yozef Blatter İspaniyada ulduz futbolçuların vergidən yayınmaq ittihamına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçrəli funksioner Mişel Platininin "Le Monde" nəşrinə müsahibəsində onun barədə sözlərinə də reaksiya verib.

"Nə üçün yalnız futbolçular ittiham olunur? Heç kim Roje Federerdən şübhələnməz. O, pul maşınıdır, toxunulmazdır. Onun hər şeyi düzgün etdiyinə əminəm.

Platini oxu məhv etmək istədiyimi demişdi. Belə deyil, onun futbola qayıtmalı olduğunu düşünürəm. Bizə verilən cəzalara yenidən baxılmalıdır. Yeni faktlar ortaya çıxa bilər. Elə şeylər var ki, daha əvvəl açıqlaya bilməmişdim. Amma bu işə təsir edə bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR