İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə,
mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan
fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə
sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata
keçirilib.
Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim
sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra
olunub.