Prezident İqor Dodon: Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var

Prezident İqor Dodon: Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var
12:08 22 İyun 2017
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevlə təkbətək görüşündə deyib.

Moldova Prezidenti bildirib: "Hörmətli cənab Prezident. Mən çox şadam ki, Sizin dəvətinizlə Azərbaycana bu rəsmi səfəri təşkil edə bilmişik. Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur".

İ.Dodon qeyd edib ki, Moldovada çox böyük Azərbaycan diasporu var:

"Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2769543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR