Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daim Rusiya XİN-in diqqət mərkəzindədir"

Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daim Rusiya XİN-in diqqət mərkəzindədir"
12:22 22 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həməsdrlərinin bəyanatında, həmçinin Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub".
"Report" xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir.
Bu yaxınlarda baş tutan Rusiya və Fransa xarici işlər nazirlərinin - Sergey Lavrov və Jan-İv le Drianın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməməsi sualına cavab olaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi bu məsələnin ətraflı müzakirə olunmadığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/mariya-zaxarova-dagliq-qarabag-munaqisesinin-nizamlanmasi-daim-rusiya-xi-n-in-diqqet-merkezindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR