XİN: Həmsədrlərin fəaliyyəti yetərli deyil

XİN: Həmsədrlərin fəaliyyəti yetərli deyil
12:23 22 İyun 2017
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün konseptual şəkildə baxsaq, Cənubi Qafqazda regional təhlükə qalmaqdadır və bunun da kökündə Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi durur.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün Bakıda “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda keçirilən beynəlxalq forumda deyib.

O qeyd edib ki, tərəflər arasında atəşkəs rejminə baxmayaraq, təəssüflər olsun ki, Ermənistan tərəfi atəşkəs rejmindən sui-istifadə edir və bunun da nəticəsində münaqişənin həlli istiqamətində danışıqlar nəticə vermir.

XİN rəsmisi bildirib ki, 25 il ərzində Ermənistanın danışıqlar prosesində mövqeyi dəyişməyib:

“Ermənistanın mövqeyi işğal edilmiş Azərbaycan torpaqlarını işğal altında saxlamaq və orada qanunsuz fəaliyyət həyata keçirməkdir. Bunun üçün Ermənistan çalışır ki, danışıqlar imitasiyasını həyata keçirsin və danışıqlar yalnız protokol xarakteri daşısın”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan 25 il ərzində humanitar fəlakətlə üzləşib, bir milyondan artıq qaçqın və məcburi köçkün var.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu vəziyyətdən nəticə çıxarmalı və münaqişənin həlli istiqamətində addımlar atmalıdır:

“Minsk qrupu bu istiqamətdə fəaliyyət göstərir, ancaq bu, yetərli deyil”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR