İŞİD Mosulu tərk edən ailələrin uşaqlarını öldürür - UNİCEF

İŞİD Mosulu tərk edən ailələrin uşaqlarını öldürür - UNİCEF
12:27 22 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD İraqın Mosul şəhərini tərk etmək istəyən ailələrin uşaqlarını öldürür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb. UNİCEF-in İraqdakı nümayəndəsi Piter Hokins bildirib ki, İŞİD uşaqlardan müharibədə vasitə kimi istifadə edir:

"Bu, bir daha sübut edir ki, bu müharibə nə qədər qarışıq və faciəlidir". 

Piter bildirib ki, insanlar Mosulu tərk etməsinlər deyə terrorçuların uşaqları öldürməsinə dair təşkilatın əlində sənədli sübutlar var. 

UNİCEF-in məlumatına görə, İŞİD-in 2014-cü ildə işğalından bəri ölkədə 1075 uşaq ölüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR