Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə
yola düşüb.
Publika.az xəbər verir ki, Ermənistan prezidenti Avropa
Xalq Partiyasının sammitində iştirak edəcək.
Sarkisyanın səfəri Avropa İttifaqının Ermənistandakı səfiri Pyotr
Svitalskimlə mübahisə fonunda diqqət çəkir. İrəvan səfiri ölkənin
daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Səfir isə cavabında
bildirib ki, Avropa İttifaqı İrəvan xahiş etdiyi üçün Ermənistana
kömək edir. Əgər lazım deyilsə, bunu etməyə bilərlər. İstisna deyil
ki, Sarkisyan Brüsseldə münasibətləri yoluna qoymağa çalışacaq.
Lakin ehtimal olunur ki, səfər qədər səfirlə mübahisəni Sarkisyan
bilərəkdən yaradıb və Brüsseldə bu hay-küydən "kozır" kimi istifadə
edəcək.
Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Sarkisyanın Brüssel
səfərinin əsas məqsədinin dəstək əldə etmək olduğunu yazıb.
“Bu dəstək Sarkisyan üçün əhəmiyyətdidir və hər şey təkcə
maliyyə dəstəyinin əldə edilməsi ilə məhdudlaşmır. Sarkisyan Dağlıq
Qarabağ məsələsində geosiyasi balansın yaranmasını və Avropanın bu
məsələdə dəstəyini gücləndirməyi istəyir. Əsas məqsəd də Rusiyanın
“Kazan planı”na qarşı alternativ yaratmaqdır”, - deyə o qeyd
edib.
Asif