Ərinin yanında qadına təcavüz etdilər - DƏHŞƏT

Ərinin yanında qadına təcavüz etdilər - DƏHŞƏT
12:53 22 İyun 2017
217 Dünya
Ölkə mətbuatı
A- A+

Ankaranın Kütahya bölgəsində qeydə alınan hadisə insanları dəhşətə gətirib.

Publika.az xəbər verir ki, təxminən 10 ay əvvəl paytaxtda qaçaq yollarla daxil olan əslən iranlı ər-arvad 26 yaşlı A.K və 20 yaşlı E.H burada naməlum şəxslər tərəfindən cinsi istismara məruz qalıblar. Cütlük dolanışıqlarını təmin etmək üçün dərzi və inşaat sektorunda işləyib.

Qalmağa yerləri olmayan cütlük burada əslən Əfqanıstandan olan bir tanışlarından kömək istəyib. Onlara kömək edəcəyini deyən kişi cütlüyü uçuq-sökük bir gecəqonduya aparıb.

Burada yaşamaq istəmədiklərini deyən çütlüyü 3 nəfər tərəfdaşı ilə birlikdə silah gücünə evdə saxlayıb. Əl qolu bağlı şəkildə saxlanan cütlük günlərlə işgəncələrə məruz qalıb.

3 nəfər qadına ərinin gözləri önündə dəfələrlə təcavüz edib.

Cütlüyün üstündə olan 800 dollar, 1400 lirə və 3 mobil telefonu götürüb qaçan cinayətkarlar polis tərəfindən saxlanılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR