"Qalatasaray" "San Paulo"dan Maykonu transfer edib. Fanat.Az xəbər verir ki, bu barədə "Transfermarkt"a məlumat yerləşdirilib.
Futbolçuların statistik məlumatlarının və transfer qiymətlərinin yerləşdirildiyi məşhur alman saytında Maykon "Qalatasaray"ın futbolçusu kimi göstərilib. Onun "San Paulo"dan İstanbul klubuna 7 milyon avroya transfer olunduğu qeyd edilib.
Fanat.Az