AMB-nin dövriyyədə olan notlarının həcmi rekord həddə çatıb

AMB-nin dövriyyədə olan notlarının həcmi rekord həddə çatıb
13:02 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.
“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 350 mln. manat təşkil edib ki, bu da tarixi rekord olmaqda 2 həftə əvvəlki göstəricidən 2,3 dəfə və yaxud 200 mln. manat çoxdur.
Bu müddətdə notların orta illik gəlirliliyi isə 12,01%-dən 12,39%-ə yüksəlib.
Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi 2008-ci ilin yanvar ayında (273,36 mln. manat), ən yüksək gəlirliliyi isə ötən ay (14,98%) qeydə alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-dovriyyede-olan-notlarinin-hecmi-rekord-hedde-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR