Çayı belə dəmləyin

Çay dəmləyərkən bəzi məqamlara diqqət etməlisiniz. Dəmlədiyiniz çay ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, çayın acı olmaması və uzun müddət qalması üçün dəmlənmiş çayı ocağın üstündə çox saxlamayın. Çay dəmləndikdən sonra mütləq ocaqdan götürün. Əks halda mədədə qastrit və xora kimi xəstəliklərə səbəb ola bilər.

Çayı yüksək ocaqda dəmləməyin

Çayı dəmləyərkən və dəmlədikdən sonra yüksək temperatura məruz qoymayın. Yüksək temperaturda qalan və dəmlənən çay insan sağlamlığı üçün böyük təhlükə saçır. Mütəmadi yüksək temperaturda və qaynar şəkildə içilən çay xərçəng xəstəliklərinə səbəb olur.

Çayı qaynanamış su ilə dəmləyin

Çayı mütləq qaynamamış su ilə dəmləyin. Qaynamış suyu çaya tökdükdə çayın içərisində bakteriya yaranmasına səbəb ola bilər. Çayın dadının acı olması bu səbəblərdən meydana gəlir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR