Türkiyənin hakim partiyasının üzvü olan keçmiş deputat tutulub

Türkiyənin hakim partiyasının üzvü olan keçmiş deputat tutulub
13:07 22 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Yalovadan keçmiş millət vəkili olan Şükrü Öndər Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində tutulub.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, məlumatı Yalova Prokurorluğu yayıb.
Məlumata əsasən, Ş.Öndərin FETÖ-çülərin bir-biri ilə əlaqə saxladıqları şifrəli “ByLosk” informasiya proqramından istifadə etdiyi təsdiqlənib.
Qeyd edək ki, Şükrü Öndər 2002-2007-ci illərdə deputat olub. O, Türkiyə Böyük Millət Məclisində AKP-i təmsil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-hakim-partiyasinin-uzvu-olan-kecmis-deputat-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR