Reanimasiyaya yerləşdirilən Xalq artistindən XƏBƏR VAR

Reanimasiyaya yerləşdirilən Xalq artistindən XƏBƏR VAR
13:23 22 İyun 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinə yerləşdirilən Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabildir.

Bu barədə Publika.az-a Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, Xalq artisti hazırda reanimasiya şöbəsindədir: “Qəndab xanım təngənəfəs halda Mərkəzə müraciət edib. Kardiologiya şöbəsinin müdiri Abbasəli Abbasəliyev müayinə edib. Qəndab xanıma ürək çatışmazlığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Müalicə başa çatandan sonra palataya köçürüləcək”.

Gülxar

Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR