Moldova Prezidenti: Azərbaycanla daha fəal əməkdaşlıq üçün konkret layihələr nəzərdən keçiriləcək

Moldova Prezidenti: Azərbaycanla daha fəal əməkdaşlıq üçün konkret layihələr nəzərdən keçiriləcək
13:29 22 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanla daha fəal əməkdaşlıq üçün konkret layihələr nəzərdən keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

Prezident İqor Dodon bildirib: "Hörmətli İlham Heydər oğlu, çox sağ olun. Hörmətli dostlar. Çox şadam ki, biz – Moldova Prezidenti və Azərbaycan Prezidenti, nəhayət, yüksək səviyyədə görüşdük. İndicə biz xatırladıq ki, son 8-10 ildə görüşməmişik. Buna görə bu görüşümüzü çox vacib hesab edirəm. Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik".

Dövlət başçısı qeyd edib ki, hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub:

"Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik.

Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2769613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR