İxrac məhsullarında meyvə-tərəvəz ilk yeri tutur

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən idxal olunub.

Metbuat.az xəbər verir ki,ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 48,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 23,2 faizi İtaliyaya, 10,8 faizi Türkiyəyə, 5,4 faizi Çinə, hər biri 5,2 faiz olmaqla Portuqaliya və İsrailə, 4,9 faizi Tayvana (Çinin əyaləti), hər biri 4,4 faiz olmaqla AlmaniyaKanadaya, 4,3 faizi Gürcüstana, hər biri 3,4 faiz olmaqla RusiyaHindistana, qalan 25,4 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

Bu məhsullar Azərbaycanı dünyaya tanıdacaq – FOTOLAR

2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3 faiz, təzə tərəvəz – 74,6 faiz, tütün – 49,5 faiz, çay – 22,1 faiz, meyvə və tərəvəz şirələri – 49,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,0 faiz, meyvə və tərəvəz konservləri – 14,0 faiz artıb.

İlham Əliyev Yevlaxda Aran Regional İnkişaf Mərkəzinin təqdimat mərasimində iştirak edib - FOTO

“Əsas ixrac məhsulları meyvə-tərəvəzdir”

Bu sözləri Metbuat.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

“Azərbaycan 100-ə yaxın ölkə ilə idxal-ixrac əməliyyatı həyata keçirir. Əsas ixrac məhsullarına meyvə-tərəvəz daxildir. Xüsusilə də faraş məhsullar, qərzəkli meyvələr (əsasən də fındıq) Rusiya bazarına, Avropa ölkələrinə (İtaliya, Almaniya, Avstriya, Fransa, İspaniya və s.) və MDB ölkələrinə (daha çox Rusiya, Qazaxıstan və Belorusiyaya) ixrac olunur. Emal sənayesinin məhsulları da son zamanlar dünya bazarına çıxır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR