Gəlin toydan qaçan bəyə belə acıq verdi - FOTOSESSİYA

Gəlin toydan qaçan bəyə belə acıq verdi - FOTOSESSİYA
13:22 8 Yanvar 2015
447 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın cənub-qərbində, Tennesi ştatındakı Şelbi qraflığında yerləşən Memfis şəhərinin sakini olan Şelvbi Suink indi dünyaca məşhurdur.
Şelbi 2011-ci ildə Conla tanış olmuş, 2014-cü ilin mart ayında nişanlanmışdı. Onların toyu ötən ilin dekabr ayının sonlarında olmalıydı.
"Bu toya bütün qəlbim və ruhumla hazırlaşırdım. Toyumuzun bir-birimizə olan sevginin, dəyərin nə qədər möhtəşəm olduğunu göstərəcək bir mərasimə çevrilməsini istəyirdim", - Şelbi deyib.
 
Lakin toy günü təzə bəy qaçıb, aradan çıxıb. Bir qədər sonra isə o, Şelbiyə zəng vuraraq deyib: "Səni sevmirəm və evlənmək niyyətim də yoxdur. Bağışla!"
Şelbi şoka düşmüşdü.
 
"O anı həyatım boyu unuda bilmərəm. Yaşamımın yerdə qalan hissəsini birlikdə keçirmək, övladlarımın atasının olmasını istədiyim adam qaçmışdı. Xəyallarımdakı toy arzusu məhv olmaq üzrəydi", - 23 yaşlı Şelbi söyləyib.
 
Milli.Az CBS-ə istinadən bildirir ki, toyla bağlı paylanmış dəvətnamələri alan insanlara zənglər edilib, üzrxahlıqlar səslənib.
 
Buna rəğmən, Şelbi toyda qaçan təzə bəy Condan qisas almaq üçün əyləncə partisi təşkil etmək qərarına gəlib.
"Arzularımdakı, xəyallarımdakı toy alınmasa, şən parti alınmalıydı. Toy fotoqrafı da məni dəstəklədi. O, gəlinlik paltarımı yarıtmaz hala salmağı, çoxlu boyalarla "bəzəməyi" təklif etdi, Pis əyləncə olmadı", - Şelbi deyib.
 
Toy əvəzinə təşkil edilmiş partiyə Şelbinin ailə üzvləri, qohumları və rəfiqələri qatılıblar.
 
Şelbinin atası isə toyda əlində şampan şərabı və siqar dolaşırdı.

Milli.Az
 























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR