Heç kəsdən çəkinməyən, küçələrdə KEF EDƏN İNSANLAR - VİDEO

Heç kəsdən çəkinməyən, küçələrdə KEF EDƏN İNSANLAR - VİDEO
14:43 22 İyun 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən uzun günü və ən qısa gecəsi olan 21 iyun eşq ölkəsi sayılan Fransada Musiqi günü kimi qeyd olunur. Tarixin bu romantik günü Fransanın bütün şəhərlərindən, küçələrindən musiqi sədaları ucalır. “Fête de la Musique” yəni Musiqi bayramı adlanan bu tarix 1982-ci ildən etibarən qeyd olunur.

Publika.az xəbər verir ki, həmin gün bütün mənzillər, küçələr, konsert zalları, bir sözlə, bütün Fransa musiqi dilində danışır. Şəhərlərin küçələrində addımbaşı çalıb, oxuyan musiqi qrupları, onları dinləyib, rəqs edən sakinlər bayrama gözəllik qatırlar. Bu bayramlarda Fransa şəhərlərinin küçələrində ən məşhur müğənnilərdən tutmuş, heç tanınmayan musiqiçilərədək hər kəsə rast gəlmək olur. Təbiətcə sakit olan fransızlar həmin gün sükutu unudub, əylənirlər. Hətta dünyanın müxtəlif müsiqiçiləri musiqi bayramında Fransa küçələrində səhnə almaq üçün, buraya gəlirlər. Düz 24 saat davam edən “Fête de la Musique” fransızların il boyu müsbət əhval-ruhiyyədə qalmaqlarının başlıca səbəbidir.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR