Sergey Rebrov ərəb komandasına baş məşqçi təyin olunub

Sergey Rebrov ərəb komandasına baş məşqçi təyin olunub
15:12 22 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Ukraynanın "Dinamo" (Kiyev) futbol komandasının sabiq baş məşqçisi Sergey Rebrov Səuidiyyə Ərəbistanın "Əl-Əhli" klubunun sükanı arxasına keçib. "Report"un Ciddə şəhəri təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. 
O, yeni vəzifədə Kristian Qrossu əvəzləyib. 62 yaşlı isveçrəli baş məşqçi 3 ildir çalışdığı komandanı bu yaxınlarda tərk edib. Elə Rebrov da "Dinamo"dan yenicə ayrılıb. Onu Aleksandr Xatskeviç əvəzləyib. 
Qeyd edək ki, "Əl-Əhli 2016-2017 mövsümündə Səudiyyə Ərəbistanı çempionatını gümüş medalla başa vurub. "Yaşıl-ağlar" çempion "Əl-Hilal"dan 11 xal geri qalıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sergey-rebrov-ereb-komandasina-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR