Salyandakı "heyvan bazarı"nda bıçaqlanma

Salyandakı "heyvan bazarı"nda bıçaqlanma
15:32 22 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Salyan rayonundakı mal-qara satılan bazarda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bazara satmağa heyvan gətirmiş Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 26 yaşlı Zeynalov İlqar Məhəmməd oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin heyvanların başının bağlanması üçün yer üstündə baş verdiyi deyilir.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Zeynalovu bıçaqlayaraq hadisə yerindən qaçmış şəxs müəyyənləşdirilib və hazırda onun saxlanılması üçün operativ əməliyyat tədbirləri həyata keçirilir.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş İlqar Zeynalovun vəziyyətinin kafi olduğu deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR