Sabah Bakıda "Formula 1" yarışı başlayır

Sabah Bakıda 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı başlayır. Bu səbəblə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir.

Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, “Bakı Halqası” kimi tanınan əraziyə bitişik, kəsişən, paralel küçə və yollar üzrə hərəkət edərkən diqqətli olun:

“Sürücülər müvəqqəti qoyulmuş yol nişanlarının tələblərinə uyğun şəkildə hərkət etsinlər. Bəzi ərazilərdə yollar ikisitiqamətli edilib, bəzilərində isə hərəkət istiqaməti ümumiyyətlə dəyişdirilib. Bu barədə artıq məlumat verilib. Xahiş edirik ki, ayın 27-nə qədər yolların bağlanmasını nəzərə alaraq, qeyd edilən istiqamətlər üzrə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər”.

(YOL POLİSİ: Bakıda bu yollar bağlanacaq - DİQQƏT!)

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR