Şimali Koreya XİN-i öz saytını yaradıb

Şimali Koreya XİN-i öz saytını yaradıb
16:02 22 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Şimali Koreyanın Xarici İşlər Nazirliyi özünə internet sayt yaradıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, nazirlik bu sayt vasitəsi ilə ölkənin xarici siyasətini öyrənmək istəyənləri qarşılıqlı anlaşmaya, Şimali Koreya ilə dostluğa, əməkdaşlığa, sülhə, müstəqillik ideyalarına yardım etməyə çağırıb.
Sayt koreya və ingilis dillərində nazirlik haqqında məlumatlar təqdim edir.
Şimali Koreya kimi qapalı bir ölkədə XİN-in bir neçə idarələrinin elektron və poçt ünvanlarının açıqlanması adi hadisə deyil.
Saytda ölkənin xarici siyasətinə dair xəbərlər, Şimali Koreyanın diplomatik kursunun şərhləri və başqa bu yöndə olan məlumatlar yer alıb. Orada axtarış sistemi də quraşdırılıb. Şimali Koreya ərazisindən sayta daxil olmaq mümkün deyil, o, əcnəbilərin və xaricdə yaşayan koreyalıların istifadəsi üçün yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/simali-koreya-xi-n-i-oz-saytini-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR