ADNSU tələbələri SOCAR Fuqro MMC-də yay təcrübəsində iştirak etmək üçün imtahan verib

ADNSU tələbələri SOCAR Fuqro MMC-də yay təcrübəsində iştirak etmək üçün imtahan verib
16:17 22 İyun 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) I və II Məzun və karyera sərgisində SOCAR Fuqro MMC tərəfindən seçilən tələbələrin imtahanı keçirilib. 
Bu barədə "Report"a ADNSU-dan bildirilib.
ADNSU-nun Məzun və Karyera Mərkəzi ilə SOCAR Fuqro MMC-nin təşkil etdiyi yay təcrübəsində iştirak etmək üçün ümumilikdə 127 tələbə imthan verib.
90 dəqiqə davam edən imtahanda tələbələr ingilis dili, məntiq və ixtisas suallarını cavablandırıb.
Qeyd edək ki, imtahan mərhələsindən uğurla keçən tələbələr daha sonra müsahibədə iştirak edəcək. Bütün mərhələlərdən müvəffəqiyyətlə keçən 9 tələbə SOCAR Fuqro MMC-də yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adnsu-telebeleri-socar-fuqro-mmc-de-yay-tecrubesinde-istirak-etmek-ucun-imtahan-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR