"Real"ın 30 milyonluq ulduzu Türkiyədə

"Real"ın 30 milyonluq ulduzu Türkiyədə
16:27 22 İyun 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" "Real"ın ulduzunu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, "Qara Qartal" Pepeyə elçi düşüb.


"Beşiktaş" "Real"la müqaviləsi başa çatan və yeni aplaşma təklif olunmayan portuqaliyalı ulduzla danışıqlara başlayıb. Tərəflər maaş məsələsində anlaşa bilsə, transfer baş tutacaq.


Pepenin "Beşiktaş"a keçidi baş tutsa, o, Türkiyəyə gələn ən titullu futbolçu ola bilər. 34 yaşlı mərkəz müdafiəçisi "Portu"nun heyətində Portuqaliya çempionluğunu (2 dəfə), ölkə kubokunu (1), Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (1) qazanıb. Pepenin "Real" karyerası daha zəngin olub. Futbolçu "Kral Klubu" isə İspaniya çempionluğuna (3), "Kral Kuboku"na (2), ölkə Super Kubokuna (2), Çempionlar Liqasına (3), UEFA Super Kubokuna (1) və klublarası dünya çempionluğuna (2) sahib çıxıb.


Pepe 2007-ci ildə "Portu"dan "Real"a 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotn-30-milyonluq-ulduzu-turkiyd-t58850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR