Sim kartların kirayəyə verilməsinə qadağa qoyulub

Sim kartların kirayəyə verilməsinə qadağa qoyulub
16:29 22 İyun 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
 
APA-nın xəbərinə görə, qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilib.
 
Digər əlavə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR